Rusiya Avropaya ən böyük təhlükədir | VİDEO

   Rusiya Avropaya ən böyük təhlükədir    | VİDEO
  24 İyun 2025    Oxunub:885
Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron Rusiyanı Avropa üçün ən böyük təhdid hesab edirlər.
AzVision.az xəbər verir ki, Fridrix Merts və Emmanuel Makron “Financial Times” nəşri üçün birgə yazdıqları məqalədə Avropa üçün ən böyük təhlükə saydıqları Rusiyadan qitəni qorumaqda qətiyyətli olduqlarını vurğulayıblar.

Onların fikrincə, Avropanın sabitliyinə ən böyük təhlükə digər ölkələrdə sabitliyi pozmağa və dünya nizamına meydan oxumağa çalışan Rusiyadan gəlir. Aİ liderləri Ukraynanı dəstəkləməyə də söz veriblər.

Merts və Makron həmçinin bütün dünyada terrorizmlə mübarizə, milli əraziləri və öz maraqlarını müdafiə etmək zərurətini bəyan ediblər.

“Biz bu çətinliklərlə üzləşməli olacağıq. Kimsə bizdən tələb etdiyi üçün yox. Biz hadisələri görürük və vətəndaşlarımız naminə bunu etməyə borcluyuq”, - materialda deyilir.

Bundan əvvəl “Politico” nəşri Avropa İttifaqı (Aİ) ölkələrinin rəsmilərinə istinadən yazmışdı ki, Avropa liderləri Rusiya qarşısında zəifliklərini sərgiləməmək üçün ABŞ-nin qitənin təhlükəsizliyinə daha az cəlb olunması məsələsini açıq şəkildə müzakirə etmək istəmirlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:



Xəbər lenti